Son sutka ərzində Ukraynada 6295 nəfər koronavirusa yoluxub ki, bu da son günlərin yuxarı göstəricisidir. Bu virusa ən çox yoluxma İvano-Frankovsk və Vinnitsa vilayətlərində qeydə alınıb. Son sutkada koronavirusa yoluxanlardan 429-u uşaq, 223-ü isə tibb işçisidir.
Bu barədə Ukraynanın Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.
Ötən gün ölkədə koronavirusdan 73 nəfər həyatını itirib, 2225 nəfər isə xəstəxanaya yerləşdirilib.
Fevralın 19-na olan vəziyyətə görə, Ukraynada 1 milyon 299 min 967 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 1 milyon 144 min 516 nəfər müalicə olunaraq sağalıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 25 min 45 nəfərdir.
Ukrayna hökuməti koronavirusa yoluxma halları artdığından vilayətlərdə göstəricilərə əsasən qadağaları sərtləşdirməyi müzakirə edir(azərtac).