XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2021 - 19:00

Dünyada COVID-19:yoluxanların sayı 111 milyonu ötüb

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 111 milyonu ötüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, dünyada koronavirusa yoluxanların sayı 111 333 461 nəfərə çatıb.

COVID-19-dan ölənlərin sayı 2 465 542, xəstəlikdən sağalanların sayı isə 86 214 013 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk sıralardadır.