XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2021 - 21:02

Britaniyada koronavirusdan ölüm sayı 120 mini keçib

Böyük Britaniyada son sutka ərzində 10 406 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 105 675 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 445 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 120 365 nəfərə çatıb.