Gürcüstanda işsizlik səviyyəsi 2020-ci ilin IV rübündə illik müqayisədə 3,8 faiz artıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, illik müqayisədə işsizlik göstəricisi 20,4 faiz təşkil edib.
Oktyabr-dekabr aylarında şəhər yerlərində işsizlik səviyyəsi 22,2 faiz, kənd yerlərində isə 17,7 faizə bərabər olub.
Kişilər arasında bu göstəricisi 22,4 faiz, qadınlar arasında isə 17,8 faiz olub(azərtac).