XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Fevral 2021 - 10:13

Avstraliyanın baş naziri koronavirusdan peyvənd olunub –FOTO

Avstraliyada əhalinin koronavirusdan peyvənd edilməsinə başlanılıb.

Bu barədə “Sydney Morning Herald” bildirib.

Qeyd edilir ki, ölkədə ilk olaraq baş nazir Skott Morrison peyvənd olunub.

Baş nazir “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış vaksinlə peyvənd edilib.

“Pfizer” və “BioNTech” vaksini cari ilin yanvarında Avstraliyada tətbiq üçün bəyənilib, fevralda yerli tənzimləyici orqan “AstraZeneca” şirkətinin vaksinindən istifadəyə icazə verib.

Qeyd edək ki, Avstraliyada koronavirusa ümumilikdə 28 925 nəfər yoluxub. Son gündə daha 5 nəfərdə COVID-19 aşkarlanıb. Virusa yoluxmuş 909 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 873 nəfərdir. /Report