XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

27 May 2015 - 05:36

Terroçular diplomatik yaşayış massivinə girdi – Video

Əfqanıstanın paytaxtı Kabulun diplomatik yaşayış massivində silahlı şəxslər bir oteli ələ keçiriblər.

Anspress-in məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

“Silahlı qrup Vəzir Əkbər Xan rayonunda pansiona giriblər. Mübarizə hələ də davam edir”, – deyə Kabul polisinin mətbuat katibi Abdulla Kərim bildirib.

Qeyd olunur ki, həmin yaşayış massivi Əfqanıstanın paytaxtında əsasən imkanlı sakinlərin və xarici qonaqların yaşayış məskənidir. Eləcə də rayonda hökumət binaları, səfirliklər və Kabulun beynəlxalq aeraportu var.