XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2021 - 09:26

Gürcüstana koronavirus əleyhinə vaksinin çatdırılması təxirə salınıb

“Koronavirusa qarşı peyvəndin Gürcüstana çatdırılması gecikir”.

Bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, “Pfizer” vaksininin tədarükü ilə bağlı müəyyən çətinliklər yaranıb:

“Bu prosesi sürətləndirmək üçün fəal iş aparılır”.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze öz növbəsində bildirib ki, peyvəndin Gürcüstana gətirilməsi təxminən 1-2 həftə müddətinə təxirə salınıb: “Preparatın ölkəyə çatdırılması təqribən mart ayının birinci və ya ikinci həftəsində baş tutacaq”.

Qeyd edək ki, qonşu ölkəyə COVID-19 əleyhinə vaksinin fevral ayının sonunda çatdırılacağı gözlənilirdi. (report)