Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 147 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 268 502, ölənlərin sayı isə 3 447 nəfərə çatıb.
Virusa yoluxanlardan 262 244 nəfərin sağaldığı bildirilir. (apa)