XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 February 2021 - 12:18

Ermənistanda COVID-19:ölənlərin sayı 3167 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 104 yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

“Sputnik Armenia”nın xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 170 506, xəstəlikdən ölənlərin sayı isə 3167 nəfərə çatıb. (apa)