XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2021 - 22:07

ABŞ sanksiyaları ləğv etmədən nüvə danışıqlarında iştirak edə bilməz –İran XİN

“ABŞ sanksiyaları ləğv etməyincə nüvə sazişinin iştirakçı ölkələri arasındakı danışıqlarda iştirak edə bilməz”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Səid Xətibzadə bildirib.

“Hazırda rəsmi Vaşinqton nüvə razılaşmasının iştirakçısı deyil. Buna görə də onun Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə danışıqlarda təmsil olunmaq hüququ yoxdur”, – deyə XİN rəsmisi vurğulayıb.

Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ölkəsi “5+1” formatlı danışıqlarda iştirak etməyə hazırdır.

Avropa İttifaqı isə qurumun bu müzakirələrə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, “5+1” ölkələrinə Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya daxildir. (apa)