XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2021 - 16:07

AEBA İranın nüvə obyektlərində monitorinqi davam etdirəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərində monitorinq fəaliyyətini davam etdirəcək.

Bu fikirləri Tehrana səfərdən geri dönən AEBA-nın baş direktoru Rafael Qrossi Vyana beynəlxalq hava limanında jurnalistlərə müsahibəsində bildirib. O deyib ki, üç aylıq müddət üçün əldə edilmiş texniki razılaşmaya əsasən, inspektorlar öz işlərini davam etdirə biləcəklər, lakin onların müvafiq məkanlara girişi əvvəlki kimi olmayacaq. R.Qrossiyə görə, qarşıdakı üç ay ərzində monitorinqlər və əməkdaşlıqla bağlı daha müfəssəl razılaşma üzərində iş aparılacaqdır.

Qeyd edilməlidir ki, R.Qrossinin İrana səfərinin səbəbi rəsmi Tehranın AEBA ilə əməkdaşlığını məhdudlaşdıracağını və İrana qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinə görə nüvə obyektlərində monitorinq aparmaq üçün bu ölkəyə səfər edəcək inspektorları ölkəyə buraxmayacağını elan etməsi olmuşdur(azərtac).