XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2021 - 20:24

Belarus və Rusiya əməkdaşlığa dair “yol xəritəsi”ni imzalamağa hazırdır- Putin və Lukaşenko Soçidə görüşüb

Bu gün Soçidə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko danışıqlar aparır.

Azərtac BELTA-ya istinadla xəbər verir ki, müzakirələr zamanı Lukaşenko əməkdaşlığa dair “yol xəritəsi”nin imzalanmağa hazır olduğunu söyləyib.

A.Lukaşenko Putinlə söhbətində Rusiya Federasiyası və Belarusun yay aylarına qədər sərhəddən avtomobil əlaqəsini bərpa edəcəyinə ümid etdiyini bildirib.

“Belarus ilə Rusiya arasında müxtəlif əməkdaşlıq sahələri üzrə demək olar ki, bütün yol xəritələri imzalanmağa hazırıq”, – deyə Aleksandr Lukaşenko əlavə edib.

Vladimir Putin, öz növbəsində, Belarus ilə yüksək səviyyəli strateji tərəfdaşlığın olduğunu qeyd edib.

Rusiya Prezidenti, həmçinin vurğulayıb ki, Rusiya koronavirusa qarşı peyvənd istehsalı üçün Belarusa texnologiyanı təqdim edib.