XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2021 - 19:24

Gürcüstan prezidenti səfirlərlə bir araya gəldi:ölkədəki gərgin vəziyyət müzakirə olunub

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədəki diplomatik korpusun nümayəndələri ilə görüş keçirib.

Bu barədə Prezident Administrasiyasından bildirilib.

Orbeliani sarayında baş tutan görüşdə Gürcüstandakı hazırkı siyasi proseslər və yaranmış vəziyyətdən çıxış yolları müzakirə olunub.

Görüşdə ABŞ və Avropa ölkələrinin səfirləri iştirak ediblər.

Qeyd edək ki, ABŞ, NATO, Avropa İttifaqı və bir sıra ölkələr Gürcüstanda yaranmış siyasi gərginlikdən narahatlıq ifadə ediblər/Report.