XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2021 - 00:12

Moldovada Baş nazir vəzifəsi ilə bağlı gərginlik –Məhkəmə prezidentin fərmanını qanunsuz elan edib

Moldovanın Konstitusiya məhkəməsi prezident Maya Sandunun fərmanını qanunsuz elan edib.

TASS-ın verdiyi xəbər görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Moldova Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 32-IX nömrəli fərmanının (Baş nazir vəzifəsinə namizəd göstərilməsi haqqında) konstitusiyanın pozulması kimi tanınır”, – deyə Konstitusiya məhkəməsinin qərarında bildirilib.

Qeyd edək ki, prezident M. Sandu namizədliyi daha əvvəl parlament tərəfindən rədd edilmiş Natalya Gavrilitsanı yenidən baş nazir vəzifəsinə namizəd göstərib/APA.