XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2021 - 09:00

Angela Merkel:“Üçüncü dalğa ilə qarşılaşdığımızı gizlədə bilmərik”

Almaniya kansleri Angela Merkel ölkədə artıq pandemiyanın üçüncü dalğası ilə qarşılaşdıqlarına inandığını deyib. 

“RTL”  telekanalı xəbər verir ki, Merkel bu barədəd Bundestaqdakı çıxışı zamanı bildirib.

Angela Merkel vurğulayıb ki, Kansler Ofisinin rəhbəri Helge Braunun rəhbərlik etdiyi işçi qrupu mövcud karantin tədbirlərinin tədricən ləğvi üçün bir strategiya üzərində işləməyə davam etməlidir: “Üçüncü dalğa ilə qarşılaşdığımızı gizlədə bilmərik”.

AFR hökumətinin başçısı sözügedən strategiyaya rəğmən qeyd edib ki, əvvəlcə mağazalar, restoranlar, sonra otellərin açılması vacibdir.

Qeyd edək ki, Almaniyada ötən il dekabrın 16-dan ciddi karantin qaydaları tətbiq edilib. Məhdudiyyətlər martın 7-dək qüvvədə olacaq. (apa)