ABŞ-da bu il keçiriləcək prezident seçkilərində namizədlərin müəyyənləşdirilməsi üçün ilkin seçki (praymeriz) prosesi davam edir.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə, Viskonsin ştatında keçirilən praymerizdə respublikaçılar daxilində həmin ştatı təmsil edən senator Ted Kruz (49,6%) rəqibi Donald Trampı (34%) qabaqlayıb.
Demokratlar daxilində Berni Sanders 56,6% səslə ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonu (43,1%) qabaqlayıb.
Məlumata görə, Nyu-Hempşir ştatında baş tutan praymerizdə Demokratlar partiyasının digər üzvü Berni Sanders lider olub.