XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Fevral 2021 - 18:19

Zaxarova:“Gözlərimizin qarşısında Avropa İttifaqının alçaldılması baş verir”

“Xaricdən siyasi asılılıq Avropa İttifaqını (Aİ) alçaldır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova “Pervıy kanal”ın efirində deyib.

“Düşünürəm ki, ən azı bir-iki addım qabağa baxmaq lazımdır. Gözlərimizin qarşısında Avropa İttifaqının alçaldılması baş verir. Öz maraqlarını bu ölkələrin xalqlarının milli maraqları kimi təqdim edənlər tərəfindən Avropanın əhəmiyyətli bir hissəsinin alçaldılmasının şahidi oluruq”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova qeyd edib ki, bu cür alçaldılmalar nə Aİ ölkələrinə, nə də Rusiyaya sərf edir: “Belə ki, əvvəllər Avropa İttifaqı Rusiyanın ticarət, humanitar əlaqələrin inkişafı və energetika sahəsində aktiv tərəfdaşı olub”/APA.