XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2021 - 21:55

Azərbaycan vətəndaşları Gürcüstana yeni qayda ilə daxil olacaq- Martın 1-dən

Martın 1-dən Azərbaycan vətəndaşları Gürcüstana PCR testinin mənfi nəticəsi ilə bağlı arayış təqdim edərək daxil ola biləcəklər.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərar Gürcüstana hava yolu ilə səfərlərə şamil olunur.

Azərbaycan və Gürcüstan arasında quru sərhədlər vasitəsilə sərbəst qarşılıqlı səfərlərə məhdudiyyətlər qalmaqda davam edəcək. Qonşu ölkə hazırkı mərhələdə quru sərhədlərlə bağlı cari rejimi qüvvədə saxlayır.

Qeyd edək ki, pandemiya səbəbindən Azərbaycan və Gürcüstan arasında sərbəst gediş-gəliş ötən ilin martın 14-dən dayandırılıb.