XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2021 - 22:12

Qazaxıstanda karantin qaydaları yumuşaldılacaq- Martın 1-dən

Qazaxıstanda koronavirusla bağlı idarələrarası komissiyanın iclasında qüvvədə olan məhdudiyyətlərin yumuşaldılmasına dair qərar qəbul edilib.

Bu il martın 1-dən etibarən tamaşaçılarla idman yarışları, dəfn mərasimləri (salonun tutumunun 30 fazidən çox olmamaq şərtilə) keçirmək, bilyard otaqları, uşaq əyləncə klublarının fəaliyyətinə icazə veriləcək. Bazarların, ticarət mərkəzlərinin və ticarət evlərinin fəaliyyətinə qoyulan məhdudiyyətlər ləğv ediləcək.

Qazaxıstanın bölgələrində cümə namazının qılınmasına da icazə veriləcək. Yeni qaydalar 2021-ci il martın 1-dən tətbiq olunacaq.

Xatırladaq ki, kollektiv cümə namazları Qazaxıstanda fövqəladə vəziyyətin tətbiq olunduğu 2020-ci ilin martından qadağan edilmişdir(azərtac).