XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2021 - 09:00

Dünyada koronavirus:son sutkada 421 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 421 407 nəfər koronavirusa yoluxub, 10 508 nəfər ölüb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 112 209 815 yoluxma hadisəsi, 2 490 776 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (176 512) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (173 654) və Cənub-Şərqi Asiya (31 081) bölüşür. (apa)