XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2021 - 09:15

Avropa Liqası:1/8 finalın püşkü atılır

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərindəki mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bu raundda komandalar səbətlərə bölünməyəcək və eyni ölkənin təmsilçiləri bir-birilərinə rəqib ola biləcəklər. Hər hansı məhdudiyyət püşkatmadan öncə elan olunacaq.

1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.

Avropa Liqası

1/8 final mərhələsinin iştirakçıları

“Milan” (İtaliya)

“Ayaks” (Niderland)

“Arsenal” (İngiltərə)

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Dinamo” (Kiyev, Ukrayna)

“Qranada” (İspaniya)

“Mançester Yunayted” (İngiltərə)

“Molde” (Norveç)

“Olimpiakos” (Yunanıstan)

“Reyncers” (Şotlandiya)

“Roma” (İtaliya)

“Şaxtyor” (Donetsk, Ukrayna)

“Slaviya” (Praqa, Çexiya)

“Tottenhem” (İngiltərə)

“Vilyarreal” (İspaniya)

“Yanq Boyz” (İsveçrə)

Qeyd edək ki, 1/4 final və yarımfinal mərhələsnin püşkü martın 19-da atılacaq. (report)