Rusiyada 4 milyona yaxın insan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.
Bu barədə Rusiyanın baş epidemioloqu, akademik Nikolay Briko bildirib.
“COVID-19 dövründə tibbi reabilitasiya: təcrübə və irəliləyiş” adlı elmi-praktiki konfransda çıxış edən baş epidemioloq ölkədə koronavirusa yoluxma tendensiyasında nəzərəçarpacaq dərəcədə azalma qeydə alındığını vurğulayıb.
“İndiyə kimi Rusiyada 4 milyona yaxın insan COVID-19-a qarşı peyvənd olunub”, – deyə o qeyd edib. (apa)