XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2021 - 17:36

Avropa Şurasının prezidenti Gürcüstana səfər edəcək- Gələn həftə

Avropa Şurasının prezidenti Şarl Mişel gələn həftə Gürcüstana səfər edəcək.

Şarl Mişel fevralın 28-də Moldovada, sonra isə Tbilisidə olacaq.

Avropa Şurasının prezidenti Gürcüstanda prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin sədri Arçil Talakvadze ilə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər, COVID-19-a qarşı mübarizə, eləcə də ölkədəki siyasi vəziyyət əsas müzakirə mövzusu olacaq.

Avropa Şurasının prezidenti Tbilisidən Ukraynaya gedəcək.

Onun səfəri martın 3-də başa çatacaq(azərtac).