Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərindəki Avropa Futbol Evində keçirilib.
Tədbirdə 1/16 final səddini adlayan komandalar 8 cüt təşkil edib. Bu cütlərin ilk oyunları martın 11-də keçiriləcək. Cavab görüşləri isə həmin ayın 18-də baş tutacaq.
Avropa Liqası
1/8 final
“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)
“Dinamo” (K, Ukrayna) – “Vilyarreal” (İspaniya)
“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)
“Dinamo” (Z, Xorvatiya) – “Tottenhem” (İngiltərə)
“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)
“Slaviya” (Çexiya) – ”Reyncers” (Şotlandiya)
“Qranada” (İspaniya) – “Molde” (Norveç)
(Apasport.az)