XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Fevral 2021 - 22:36

“Bu, ABŞ və İranı yeni zorakılıq mərhələsinə aparacaq” –Hüseyni

ABŞ-ın Suriyada İranla əlaqəli hədəfləri vurması bölgədə bir şiddət spiralını ortaya çıxara bilər.

Bunu İran Prezidenti Aparatı yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Diako Hüseyni bildirib.

“Əgər danışıqlar və nüvə anlaşmasına qayıtmaq prosesi tezliklə başlamasa, gedişat iki ölkəni yeni bir zorakılıq mərhələsinə apara bilər və bu da diplomatiyanın irəliləməsini çətinləşdirəcək”, – Hüseyni qeyd edib.

O deyib ki, tələsik və səhv addım nüə anlaşmasına qayıtmağa təsir göstərməyəcək:

“Ancaq bu, Baydenin hakimiyyətinin əvvəlindəcə iki ölkə arasındakı inamsızlığı artıra bilər və ABŞ xarici siyasətində müsbət bir dəyişikliyə ümidi azalda bilər”. (axar.az)