XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Fevral 2021 - 16:43

İraqda növbəti terror hadisəsi baş verib:ölənlər var

İraqın Anbar əyalətinin Ramadi şəhəri yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində altı hərbçi öldürülüb.

Bu barədə ölkənin “Baghdadtoday.news” xəbərlər portalı bildirib.

Təhlükəsizlik qüvvələrinin nümayəndəsinin məlumatına görə, partlayış İraq qüvvələrinin Anbar əyalətinin qoşununun hərbləşdirilmiş dəstələrinə dəstək vaxtı keçirilən terrorçuluğa qarşı əməliyyatının gedişatında olub. Əsgərlər kənddə İŞİD terrorçuları tərəfindən tərk edilmiş avtomobili aşkar edib. Avtomobilin yoxlanılması zamanı güclü partlayış olub. Həlak olanlardan ikisi İraq ordusunun əsgəri, dördü yığma qoşun silahlılarının hərbçiləridir.