XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 15:54

Türkiyədə əhaliyə xəbərdarlıq edildi –Ekstremal hava şəraiti ilə bağlı

Türkiyədə əlverişsiz hava şəraiti ilə bağlı insanlara müraciət edilib.

Türkiyə KİV-i xəbər verir ki, Şərqi Anadolu bölgəsində yerləşən Van, Bitlis, Muş və Hakkari şəhərlərində şiddətli qar yağması gözlənilir. Yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsinin olduğu bildirilib.

Yolların buzlanması, şiddətli külək olacağı gözlənilir. Hava temperaturunun mənfi dərəcələrə enəcəyi proqnozlaşdırılır. İnsanlara zəruri olmadıqca yaşayış yerini tərk etməmək tövsiyə edilib. Sakinlərdən hava şəraitini nəzərə almaq və ehtiyat tədbirləri görmək xahiş edilib. (Unikal.org)