XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 19:54

Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək –Müdafiə Nazirliyi

Türkiyə və Qətər birgə hərbi təlimlər keçirəcək.

Türkiyənin Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, hərbi təlimlər 2-31 mart Qətərdə icra ediləcək.

Məlumatda qeyd olunur ki, təlimin məqsədi Qətər ilə Türkiyə Silahlı Qüvvələri arasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək və Qətər Silahlı Qüvvələrinin hərbi potensialının artırılmasına töhfə verməkdir.

Təlimlərdə Türk-Qətər Birləşmiş Birgə Güc Komandanlığı, 1 Mexanikləşdirilmiş Piyada Diviziyası və 1 Topçu Batareyası iştirak edəcək. (apa)