XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2021 - 20:49

“Avropa İttifaqın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab veriləcək”- Aleksandr Qruşko

“Avropa İttifaqının Aleksey Navalnıya görə Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab veriləcək”.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O, məhdudiyyətlərin rəsmi Moskva üçün sürpriz olmadığını, lakin ikitərəfli münasibətlərə xələl gətirdiyini açıqlayıb.

“Bu, bizim üçün əsla sürpriz olmadı. Avropa İttifaqı tamamilə yanlış üsullardan istifadə edir. Onun hazırda seçdiyi yol qarşılıqlı münasibətlərə böyük ziyan vurur, xüsusilə də Avropa ölkələrinin maraqlarına cavab vermir”.

Qeyd edək ki, bu gün Avropa İttifaqının yüksək vəzifəli rəsmilərindən biri 27 ölkənin nümayəndəsinin Rusiyaya qarşı yeni sanksiyalar paketi razılaşdırdığını açıqlayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər yeni mexanizm əsasında, A.Navalnının həbs prosesi və mühakiməsində iştirak edən şəxslərə tətbiq olunacaq.

Qərar yalnız Avropa İttifaqı Şurasında təsdiqləndikdən və dərc olunduqdan sonra qüvvəyə minəcək.