XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2021 - 00:07

Yerevanda müxalifət parlamentin binası qarşısında gecələyəcək

Ermənistanın birləşmiş müxalifətinin “Vətənin qurtuluşu üçün Hərəkat”ının Yerevanın mərkəzində parlament binası qarşısında keçirilən mitinqi başa çatıb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, aksiya polislə və baş nazir Nikol Paşinyanın tərəfdarları ilə toqquşmalarsız keçib.

“Biz bu gün mitinqi qurtarırıq. Gecə burada qalacağıq və Ermənistanın azad olunması məhz buradan başlanacaq”, – müxalifət hərəkatının liderlərindən biri bildirib. Mitinq demək olar, üç saat davam edib. Aksiyada müxtəlif siyasətçilər – Yuri Xaçaturov, sabiq müdafiə naziri Seyran Ohanyan və Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanesyan çıxış edib.