XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 09:03

Ağ Evin mətbuat katibi:"ABŞ hələlik öz peyvəndini digər ölkələrlə bölüşməyəcək"

Birləşmiş Ştatlar bütün amerikalılar peyvənd olunmayınca koronavirus vaksinini başqa ölkələrlə bölüşməyi planlaşdırmır.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Jurnalistlər Psakidən Ağ Evin Meksikanın vaksinlərin verilməsi ilə bağlı mümkün sorğusuna baxıb-baxmaması barədə soruşublar. “Yox”, – deyə Cen Psaki cavab verib.

“ABŞ prezidenti aydın şəkildə bildirdi ki, o, vaksinlərin bütün amerikalılar üçün əlçatan olmasına fokuslanıb”, – Ağ Ev rəsmisi brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ üçün əvvəlcə öz vətəndaşlarını peyvənd etmək əhəmiyyətlidir. Bu hədəf nə vaxt yerinə yetirilsə, Vaşinqton sonrakı addımları müzakirə etməyə başlaya bilər.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.