İŞİD terror qruplaşmasına bağlı olan silahlılar BMT-nin Nigeriyanın şimal-şərqindəki bazasına hücum ediblər.
Bu barədə güc və humanitar strukturlardakı mənbələrə istinadən “Agence France-Presse” (AFP) bildirib.
Məlumata görə, hadisə Borno ştatının Dikva şəhərində baş verib. Terrorçular bazaya hücüm edərək onu yandırıblar. BMT-nin 25 əməkdaşı bunkerdə gizlənib. Qeyd edilir ki, silahlılar bunkerə girməyə çalışırlar.
Hələlik BMT əməkdaşlarından heç kim zərər çəkməyib/Report