XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 13:37

Baş nazir müxalifətin tələbinə cavab verdi:"Bu, “qırmızı xətt”dir, müzakirə olunmayacaq”

“Növbədənkənar parlament seçkiləri ilə bağlı prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu, “qırmızı xətt”dir. Bu məsələ müzakirə olunmayacaq”.

Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili müxalifətin tələblərini jurnalistlərə şərh edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, erkən seçkilərin tələbi üçün heç bir qanuni əsas mövcud deyil.

O bildirib ki, ötən gün keçirilən görüş müxalifətin konstruktiv hissəsi ilə aparılan danışıqların davam etdiriləcəyi və uğurla başa çatdırılacağı ilə bağlı nikbinliyə əsas verir.

Müxalifətin Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azad edilməsi ilə bağlı tələbinə gəlincə, İ.Qaribaşvili hüquq-mühafizə orqanlarının fəaliyyətinə müdaxilənin mümkün olmadığını qeyd edib.

Baş nazir vurğulayıb ki, seçki islahatlarının aparılması üçün konkret addımların atılmasına başlanılıb/Report.