XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Aprel 2016 - 14:41

Baş nazir:"İstefa verməmişəm"

Adı offşor qalmaqalında çəkilən İslandiyi baş naziri Siqmundur David Qunnlouqsson istefası barədə xəbəri təsdiq etməyib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qunnlouqsson öz səlahiyyətlərini müvəqqəti olaraq partiyadakı müavini Siqurdur İnqi Yoxannssona təhvil verdiyini bildirib. 

Prosedura görə, baş naziri postundan ölkə prezidenti uzaqlaşdıra bilər. 

Xatırladaq ki, aprelin 3-də açıqlanan «Panama sənədləri»nə görə, offşor zonada fəaliyyət göstərən «Wintris» şirkəti baş nazirin xanımı Anna Siqurlaunun adınadır. 

Dünən İslandiya baş nazirin istefası tələbilə nəhəng mitinq keçirilib. Minlərlə etirazçı offşor qalmaqalında adı hallanan Qyunnleyqssonun baş nazir postunu tutmağa haqqının olmadığını bəyan edib.