XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2021 - 21:30

Gürcüstan XİN başçısı Türkiyəyə səfər edəcək:"Regional məsələlər müzakirə olunacaq”

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə səfər martın 3-də baş tutacaq.

“Səfər çərçivəsində strateji tərəfdaşımız olan Gürcüstanla ikitərəfli münasibətlərimizin daha da gücləndirilməsi imkanları, o cümlədən regional məsələlər müzakirə olunacaq”, – deyə qeyd olunub/APA.