XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2021 - 23:31

Özbəkistanda 4,1 milyon nəfər pulsuz peyvənd olunacaq- İlin sonunadək

Özbəkistanda bu ilin sonunadək 4,1 milyon nəfər pulsuz peyvənd olunacaq.

Bu haqda Özbəkistan Sanitar-Epidemioloji Stansiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 65 yaşından yuxarı şəxslər, hüquq-mühafizə orqanlarının nümayəndələri və hərbçilər, tibb müəssisələrinin əməkdaşları, xroniki xəstəliyi olan insanlar, məktəb müəllimləri, məktəbəqədər tərbiyə müəssisələrinin işçiləri bu xidmətdən pulsuz istifadə edəcək. Əhalinin digər təbəqələrinin peyvəndlənməsinin pullu olması haqqında hələ ki, konkret qərar yoxdur.

Vurğulanır ki, ölkədə kütləvi peyvəndləmə üçün Özbəkistanın da həmmüəllifi olduğu Çinin “ZF-UZ-VAC 2001”və Rusiyanın “Sputnik V”, həmçinin “Pfizer” və “BioNTech” vaksinlərindən istifadə ediləcək.

Məlumatda qeyd edilir ki, “ZF-UZ-VAC 2001” vaksininin Özbəkistanda istehsalı da nəzərdə tutulur(azərtac).