XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2021 - 13:02

Gürcüstan və Türkiyə XİN başçıları regional məsələləri müzakirə edəcəklər

“Türkiyə Gürcüstanın dəstəkçisi və əsas strateji tərəfdaşıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunun Türkiyəyə rəsmi səfərə yollanan Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Qara dəniz bölgəsində və ondan kənarda əməkdaşlıq məsələləri müzakirə olunacaq.

XİN başçısı Gürcüstan və Türkiyənin pandemiya ilə mübarizə, həmçinin iqtisadiyyatın bərpası baxımından ümumi problemlərinin olduğunu qeyd edib: “COVID-19 pandemiyası dövründə Türkiyənin Gürcüstana köməyi nəzərəçarpacaq dərəcədə böyük olub. Türkiyə hər zaman çətin dövrlərdə Gürcüstana dəstək olub və buna görə Türkiyəyə təşəkkür edirik”.

D.Zalkaliani Gürcüstan-Türkiyə-Azərbaycan XİN başçılarının təxirə salınan Bakı görüşünə də toxunub: “Bu yaxınlarda üçtərəfli görüş planlaşdırılmışdı, lakin baş tutmadı. Türkiyəli həmkarımdan rəsmi səfərə dəvət aldım və yalnız ikitərəfli münasibətlər deyil, regional kontekstdə də aktual olan əsas məsələləri müzakirə etmək imkanı əldə etdim”.