XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2021 - 17:24

Türkiyə Yunanıstana yardım təklif edib- Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün

“Türkiyə Yunanıstana zəlzələnin nəticələrini aradan qaldırmaq üçün yardım təklif edib”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Xatırladaq ki, martın 3-də Yunanıstanın şimalında 5,9 bal gücündə zəlzələ olub.

Yeraltı təkanların episentri Yunanıstanın Saloniki şəhərindən 120 km cənub-şərqdə, Elasson şəhəri yaxınlığında yerləşib.

Elasson şəhərinin meri Nikas Qatas bildirib ki, ilkin məlumata görə, itki yoxdur. O, hazırda dəyən ziyanın araşdırılmağa başlanıldığını vurğulayıb.