XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2021 - 21:02

Yaponiyada 1100 şirkət iflasa uğrayıb- Pandemiyaya görə

Ötən ilin fevralından bu ilin müvafiq ayınadək koronavirus pandemiyasına görə Yaponiyada 1100-dən artıq şirkət iflasa uğrayıb.

Bu barədə Yaponiyada şirkətlərin kreditödəmə qabiliyyətini araşdıran “Teikoku Databank” müəssisəsi məlumat yayıb.

Müəssisədən bildirildiyinə görə, fevralın 3-də ölkə üzrə 1100 müəssisə ya ləğv olunma prosedurunu başa çatdırıb, ya da bununla əlaqədar sənədlərin hazırlanmasına yekun vurub.

Həmin siyahıda restoranların və barların üstünlük təşkil etdiyi qeyd edilir. Belə ki, siyahıda belə şirkətlərin sayı 172-yə çatıb. Bundan sonra tikinti biznesinə (92 şirkət) aid şirkətlər gəlir. Siyahıda ilk üçlüyü mehmanxanalar və otellər tutur – bu sahəyə aid 79 şirkət fəaliyyətini dayandırmaq qərarı qəbul edib.

Belə şirkətlərin regionlar üzrə sayına gəlincə birinci yerdə Tokio (264 şirkət), ikinci yerdə Osaka prefekturası (108 şirkət), üçüncü yerdə isə Kanaqava prefekturası (64 şirkət) gəlir(azərtac).