XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2021 - 22:27

Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Nazir Gürcüstanın peyvənd sahəsində Türkiyə ilə əmədakşlıq edə biləcəyini qeyd edib:

“Bu gün vaksinlə bağlı problem var. Ümid edirəm ki, bu sahədə Türkiyə ilə əməkdaşlıq istiqamətində yaxın zamanlarda nəzərəçarpacaq nəticələr əldə olunacaq”.

Qeyd edək ki, Gürcüstana koronavirus əleyhinə vaksinin fevral ayında çatdırılacağı gözlənilsə də, proses ləngiyir.