XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2021 - 09:27

Bayden Venesuelaya qarşı sanksiyaların müddətini uzadıb

ABŞ prezidenti Co Bayden insan haqlarının pozulması ilə bağlı 2015-ci ilin martından Venesuela Bolivar Respublikasına tətbiq edilən sanksiyaların müddətini daha bir il müddətinə uzadılması barədə fərman imzalayıb.

Məlumata görə, Baydenin imzaladığı müvafiq qərara əsasən Venesuela ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün təhlükə yaratmaqda davam edir.

Qeyd edək ki, ABŞ 2019-cu ilin yanvarından Nikolas Maduronu ölkə prezidenti kimi tanımır.

Birləşmiş Ştatlar Venesuela müxalifətinin özünü prezident elan etmiş lideri Xuan Quaydonu müvəqqəti dövlət başçısı hesab edir.