Yəməndəki qiyamçı husi silahlıları Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən ölkənin milli neft şirkəti – “Saudi Aramco”nun obyektlərini raket atəşinə tutub.
“Reuters” agentliyi xəbər verir ki, hücum zamanı qanadlı raketlərdən istifadə edilib.
Rəsmi Ər-Riyad və “Saudi Aramco”nun nümayəndəliyi hadisə ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Yəməndəki “Ənsari-Hizbullah” adlanan husi qiyamçılarını ABŞ terrorçu təşkilatlar siyahısına salıb/Report.