ABŞ onunla rəqabət aparanları özü üçün təhlükə hesab edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Rusiya XİN rəsmisi amerikalı siyasilərin Rusiya və Çinin onların təhlükəsizliyini təhdid etdiyinə dair bəyanatlarını tənqid edib.
“Kim onlarla rəqabət aparırsa, təhlükəsizlikləri üçün təhdid hesab olunur”, – deyə M. Zaxarova vurğulayıb/APA.