XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 13:54

Putin Sergey Korolyova yüksək vəzifə verdi –FTX-də dəyişiklik

Rusiya prezidenti Vladimir Putin general-polkovnik Sergey Korolyovu Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini təyin edib.

RBK xəbər verir ki, bunu FTX-yə yaxın mənbə bildirib.

V.Putin fevralın 24-də xidmətin mərkəzi aparatında keçirilən kollegiya iclasında iştirak edib və orada S.Korolyovun təyinatı ilə bağlı sərəncamı imzalayıb.

O, bu təyinatadək FTX-nin İqtisadi Təhlükəsizlik İdarəsi Xidmətinin rəisi işləyib.

Qeyd edək ki, bir müddət əvvəl FTX direktorunun birinci müavini Sergey Smirnov vəzifədə olmanın yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Xatırladaq ki, Sergey Korolyov 1962-c il iyulun 25-də Qırğız Respublikasının Bişkek şəhərində anadan olub. “Novoya qazeta” və “The Insider”in məlumatına əsasən, 1990-cı illərdə S.Korolyov bir müddət özəl mühafizə xidmətində işləyib. 1993-2000-ci illərdə Rusiyanın keçmiş müdafiə naziri Anatoli Serdyukun əvvəllər baş direktorun müavini olduğu “Mebel-Market” Səhmdar Cəmiyyətdə mühafizə xidmətində çalışıb. O, 200-2011-ci illərdə Rusiya Müdafiə Nazirliyində Baş Kəşfiyyat İdarəsi ilə əlaqədar vəzifədə işləyib. Anatoli Serdyuk Rusiyanın müdafiə naziri təyin ediləndən sonra onun müşaviri olub. 2012-ci ildə S.Korolyov FTX-nin Xüsusi Təhlükəsizlik İdarəsinə başçılıq edib.

FTX-nin direktoru Aleksandr Bortnikovdur. O, 1951-ci il noyabrın 15-də Rusiyanın Molotov şəhərində anadan olub. O, 2008-ci il mayın 12-də FTX-nin direktoru təyin edilib/Report.