XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2021 - 14:12

Ermənistanın baş naziri postuna vahid namizəd istintaqa çağırılıb –Səbəb

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat”ın baş nazir postuna vahid namizədi Vazgen Manukyan martın 4-də Ermənistan İstintaq Komitəsinə çağırılıb.

Məlumatı “Lragir” yayıb.

Bildirilib ki, o, “hakimiyyəti ələ keçirməyə”, “ölkənin ərazi bütövlüyünü pozmağa” və “konstitusiya quruluşunu” güc yolu ilə dəyişməyə çağırış etməkdə ittiham olunur.

Məlumata görə, Manukyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fevralın 12-dən 20-dək keçirilən mitinqdəki çıxışında hakimiyyəti güc yolu ilə keçirməyə çağırışlar etməkdə təqsirləndirilir/Report.