XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 14:48

Paşinyan müxalifət partiyasının liderini qəbul edib –Ölkədəki vəziyyət və növbədənkənar parlament seçkiləri müzakirə olunub

Ermənistanın baş naziri Nikol Paşinyan “İşıqlı Ermənistan” parlament fraksiyasının başçısı Edmon Marukyanı qəbul edib.

“Sputnik Armeniya” xəbər verir ki, görüş martın 3-də keçirilməli idi, ancaq naməlum səbəblərdən bu gün baş tutub.

Görüşdə Ermənistandakı vəziyyət və növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsələlər müzakirə olunub.

Görüş hökumət binasında keçirilib.

Bir müddət əvvəl Marukyan bildirmişdi ki, Nikol Paşinyana Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi haqqında təqdimatını geri çəkməyi, bunun qarşılığında isə İşıqlı Ermənistan Partiyasının baş nazir postuna öz namizədini irəli sürməyəcəyi ilə bağlı hakimiyyətlə memorandum imzalamağı təklif etmişdi. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verilə bilər. Ancaq Paşinyan martın 1-də bildirib ki, nöbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırdır: “Ancaq Baş Qərargahın rəisi tutduğu vəzifədən getməlidir”/Report.