XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2021 - 22:43

Paşinyanın qovduğu general məhkəməyə müraciət edib –Vəzifəyə yenidən dönmək üçün

Ermənistanın milli qəhrəmanı, bu yaxınlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini vəzifəsindən azad edilən general-leytenant Tiran Xaçatryan işdən çıxarılması barədə prezidentin sərəncamının ləğv olunması tələbi ilə məhkəməyə müraciət edib.

“Sputnik Armeniya” bildirir ki, onun vəzifədən azad olunması haqqında təklifi baş nazir Nikol Paşinyan vermişdi.

Məhkəməyə üçüncü tərəf olaraq Baş Nazir Aparatı və Ermənsitan Silahlı Qüvvələrinin Baş Qərargahı cəlb olunub.