Gürcüstan hökuməti ölkənin uzunmüddətli iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlayacaq. Bununla bağlı xüsusi dövlət komissiyası yaradılacaq.
Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri ölkənin iqtisadi inkişafına nail olmaqdır. Yeni yaradılacaq komissiya iqtisadi inkişaf planı üzərində işləyəcək və ilk sənədi bu ilin mayın sonunda hökumətə təqdim edəcək.
İ.Qaribaşvili deyib ki, komissiyanın fəaliyyətinə bütün maraqlı tərəflər, parlamentin müvafiq komitələri, həmçinin yüksək ixtisaslı ekspertlər də cəlb olunacaq(azərtac).