XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2021 - 21:58

Avropada koronavirusa yoluxma halları artıb- ÜST

Ötən həftə Avropada koronavirusa yoluxma halları 9 faiz artıb.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge deyib.

Onun sözlərinə görə, bundan əvvəlki 6 həftə ərzində ard-arda yoluxma hallarında azalma müşahidə olunsa da, ötən həftə yoluxma yendən artıb.

Büro direktoru bildirib ki, artım əsasən Mərkəzi və Şərqi Avropada, eləcə də Qərbi Avropanın bəzi ölkələrində qeydə alınıb.

H.Klüge qeyd edib ki, Avropanın bütün dövlətlərində səhiyyə sistemi yüksək yüklənmə şəraitində işini davama etdirir.