XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Mart 2015 - 19:57

Rusiya-Gürcüstan münasibəti: “Pisdən daha pisə doğru”

Ukraynanın şərqində başlayan müharibədən sonra Gürcüstanla Rusiya arasında münasibət pisləşib.

Bunu martın 6-da parlamentin spikeri Davit Usupaşvili müsahibəsində bildirib. Onun dediyinə görə, Tiflis ilə Moskvanın münasibətləri “pisdən daha pisə doğru” gedib. O, Ukraynada baş verənləri 2008-ci ildə Gürcüstan olaylarına bənzədib.

Rusiya və Gürcüstan 2008-ci ildə 6 günlük müharibədən sonra diplomatik əlaqələri formal olaraq dayandırıb. 2012-ci ilin dekabrından bəri ölkələr ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün danışıqlar aparır.

D.Usupaşvili deyib ki, danışıqlar və ticarət münasibətləri Rusiyanın aqressiv davranışını dəyişmir. Onun fikrincə, yalnız kənar təzyiq Rusiyanın davranışına təsir edə bilər.

Bununla belə, Tbilisi Moskva ilə normal münasibətlər istəyir. Usupashvili əlavə edir ki, necə olmasından asılı olmayaraq, onlar Rusiyanın qonşuluğunda yaşamalıdırlar(Azadlıq radiosu).